Həkim ən faydalı balıq növlərini AÇIQLADI

 10:26 21.09.2026     102

Balıq orqanizmi asan həzm olunan zülal, vitamin və mikroelementlərlə təmin edir. Bəzi balıq növləri isə ürək və sinir sistemi üçün faydalı olan omeqa-3 yağ turşuları ilə zəngindir.

Redaktor.az xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux qida dəyərinə görə qızılbalığı faydalı balıq növlərindən biri adlandırıb.

Mütəxəssisin sözlərinə görə, qızılbalığın tərkibində omeqa-3 yağ turşuları EPA və DHA, zülal, D və B12 vitaminləri, həmçinin selenium var. O, həmçinin qızılbalığın nisbətən az civə topladığını bildirib.

Həkim qeyd edib ki, omeqa-3 yağ turşuları ürək-damar və sinir sisteminin fəaliyyətində mühüm rol oynayır. Bu baxımdan qızılbalıqla yanaşı, siyənək, sardina və skumbriya da faydalı seçimlər hesab olunur.

Kaşuxun sözlərinə görə, siyənək və sardina da qida dəyərinə görə qızılbalıqla rəqabət apara bilər. Sardina bütöv şəkildə, yumşalmış sümükləri ilə yeyildikdə orqanizm üçün əlavə kalsium mənbəyi olur.

Mütəxəssis Atlantik skumbriyasını da gündəlik qidalanmaya əlavə edilə biləcək faydalı balıq növlərindən biri kimi göstərib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən