Zehni sağlamlığı qorumaq üçün 6 sadə vərdiş
Zehni sağlamlığı qorumaq üçün hər gün bir neçə sadə vərdişə əməl etmək tövsiyə olunur.
Redaktor.az xəbər verir ki, psixiatr Fernando Mora “Hola” nəşrinə müsahibəsində zehni sağlamlığına qayğı göstərməyə kömək edən altı gündəlik vərdişini açıqlayıb.
Mütəxəssisin ilk vərdişi səhər qısa meditasiya etmək və 10-11 dəfə dərin nəfəs almaqdır. O, bunun insanı sakitləşdirməyə kömək etdiyini bildirib.
İkinci vərdiş isə boyun nahiyəsində yaranan gərginliyi azaltmaq üçün başı müxtəlif istiqamətlərə hərəkət etdirməkdir.
Mora gün ərzində bir neçə dəqiqə dayanaraq bədənini dinləyir. O, gözlərini yumaraq bədəninin müxtəlif hissələrində gərginlik olub-olmadığını yoxlayır və həmin nahiyələri rahatlatmağa çalışır.
Həkim günorta saatlarında istirahət üçün fasilə verməyi də gündəlik vərdişlərindən biri hesab edir.
Axşam saatlarında isə həmin gün üçün minnətdar olduğu üç şeyi qeyd edir. Onun sözlərinə görə, bu, insanın diqqətini müsbət məqamlara yönəltməsinə kömək edir.
Sonuncu vərdiş yuxuya hazırlıqdır. Mora yatmazdan əvvəl telefonu kənara qoyur, diqqəti yayındıran amilləri azaldır və yataq otağında rahat mühit yaradır.
Aytəkin TOFİQQIZI













