C vitamininin qan xərçəngi xəstələrinin əlaqəsi müəyyən EDİLDİ

 21:24 21.09.2026     118

C vitamininin qanın bəzi xərçəngönü xəstəlikləri və erkən mərhələli qan xərçəngi olan pasiyentlərdə daha yüksək sağqalma göstəriciləri ilə əlaqəli olduğu müəyyən edilib. Bu nəticəyə alimlər ikinci faza klinik tədqiqatı zamanı gəliblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Cancer” jurnalında dərc olunub.

EVITA tədqiqatında Danimarka və ABŞ-dan 109 pasiyent iştirak edib. Onlardan 55-i bir il ərzində hər gün 1000 milliqram C vitamini qəbul edib, digər 54 nəfərə isə plasebo verilib.

Tədqiqatın əsas göstəricisi olan xərçəngönü və ya xərçəng hüceyrələrinin böyümə sürəti qruplar arasında əhəmiyyətli dərəcədə fərqlənməyib. Bununla belə, C vitamini qəbul edən pasiyentlərdə daha əlverişli nəticələrlə əlaqəli iltihabi proseslərdə dəyişikliklər müşahidə olunub.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən