Uşaqlar arasında viruslar niyə artır? - Pediatr AÇIQLADI
"Artıq payız və qış ayları başlayıb. Havanın soyuması ilə əlaqədar olaraq həkimlər də hazırda uşaqlarda respirator virus infeksiyalarının aktivliyinin artması ilə əlaqədar xəstələnmə hallarının artması ilə daha çox qarşılaşırlar".
Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova dedi.
Onun sözlərinə görə, ən çox qrip infeksiyalarının mövsümü başlayır:
"Payız aylarında artıq aktivliyi artan rinoviruslar, RSV virusları, adenoviruslar və bu tip hava-damcı infeksiyaları havanın soyuması ilə əlaqədar olaraq daha çox yayılır. Lakin uşaqların ümumiyyətlə məktəb dövrünə daxil olması, bağçaların açılması və qapalı mühitlərdə bir-biri ilə daha yaxın təmasda olması səbəbindən bu virusların yayılma ehtimalı da artır. Uşaqlarda havanın soyuması ilə əlaqədar viruslara yoluxma ehtimalının artması o demək deyil ki, viruslar yalnız soyuq havada yayılır. Viruslar həm yay, həm qış, həm də payız aylarında, yəni hava-damcı infeksiyaları şəklində geniş yayılır".
NURİYYƏ













