“Dəmir və D vitamini çatışmazlığı uşaqlarda immun sistemini zəiflədə bilər” - Pediatr

 15:23 23.09.2026     122

"Uşaqlarda immun sisteminin fəaliyyətini möhkəmləndirmək üçün ilk növbədə dəmir çatışmazlığının olmaması vacibdir. Həmçinin sink tərkibli qidaların çox olması və orqanizmdə sinkin yetərli səviyyədə olması önəmlidir. Bundan əlavə, C vitamini və Omeqa-3 də vacibdir. Bu vitamin və mineralların orqanizmdə yetərli səviyyədə olması mühüm əhəmiyyət daşıyır".

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova bildirdi

Həkim nəzərə çatdırdı ki, məktəbə və ya bağçaya hazırlıq dövründə uşaqlarda, həkim kimi, bu vitamin və mineralların qanda yoxlanılmasını mütləq tövsiyə edirlər:

"D vitamini günəşdən aldığımız vitamin olduğuna görə, payız-qış aylarında günəşli günlərin azalması ilə bəzi uşaqlarda D vitamininin profilaktik olaraq, normal dozada qəbulunu tövsiyə edirik. Bunun üçün isə D vitamininin səviyyəsi yoxlanılmalıdır. D vitamini və dəmir çatışmazlığı olan uşaqlarda immun sisteminin fəaliyyəti də zəif ola bilər. Ona görə də immun sistemini dəstəkləmək, uşağın aktivliyini və iştahını artırmaq istəyiriksə, qanda bu göstəriciləri mütləq yoxlamalıyıq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən