Uşaq soyuq havaya görə xəstələnmirmiş - Həkimdən AÇIQLAMA

 15:25 23.09.2026     126

"Biz valideynlərə uşaqlarınızı hava soyuq olsa belə, çölə çıxarmağı hər zaman tövsiyə edirik. Lakin valideynlər uşaqların xəstələnməsindən narahat olurlar. Uşaqlar birbaşa soyuq hava səbəbindən xəstələnmirlər".

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova bildirdi.

Həkim vurğuladı ki, əsas nəzərə alınmalı məqam uşağın soyuq havaya uyğun geyindirilməsi və bədən hərarətinin tənzimlənməsidir:

"Çünki uşaqları soyuq havaya çıxararkən həddindən artıq qalın geyindirirlər. Qalın geyindirilmiş uşaq isə təbii ki, bir yerdə oturmur. Uşaqların hərəkəti və aktivliyi böyüklərdən daha çoxdur. Uşaqlar qaçır, oynayır və bu zaman tərləyirlər. Qalın və isti geyindirilmiş uşağın tərləməsi nəticəsində soyuq hava onun bədənini üşütməyə başlayır. Üşümə səbəbindən də belə uşaqlarda xəstələnmə halları arta bilər. Ona görə uşaqlarınız hərəkətlidirsə, mümkündürsə, onların geyimini yüngülləşdirmək lazımdır ki, tərləmənin qarşısı alınsın".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən