Alimlər insultdan sonra zədələnmiş beyin toxumasını bərpa etməyə nail OLDULAR
Sinir hüceyrələrinin transplantasiyası insultdan sonra zədələnmiş beyin toxumasının bərpasına və siçanlarda hərəkət funksiyalarının yaxşılaşmasına kömək edib.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Alimlər insanın induksiya edilmiş pluripotent kök hüceyrələrindən əldə edilən sinir hüceyrələrinin sələflərindən istifadə ediblər. Bu hüceyrələr eksperimental olaraq insult yaradılmış siçanların beyninin zədələnmiş nahiyələrinə birbaşa köçürülüb.
Məlum olub ki, transplantasiya edilən hüceyrələr beş həftədən çox müddət ərzində beyində qalıb və əsasən yetkin neyronlara çevrilib.
Eyni zamanda, zədələnmiş toxumada yeni qan damarlarının və neyronların yaranması sürətlənib, qan-beyin baryeri bərpa olunub və iltihab azalıb.
Xədicə BAXIŞLI













