“Dərmandan sonra uşağın ağzını mütləq yaxalamaq lazımdır” – Pediatr
"Uşağınız xəstələnibsə, öskürürsə və bu zaman həkiminiz nebül dərmanlar təyin edibsə bu zaman valideynlərin diqqət etməli olduğu bir neçə nüans var".
Redaktor.az xəbər verir ki, bunu pediatr-infeksionist Aytən Ziyadova sosial şəbəkə hesabında səsləndirib.
"Birinci növbədə dərmanın hormon olub-olmadığını aydınlaşdırın. Hormon tərkibli, kortizonlu nebül dərmanlar sulandırıla bilər və ya sulandırılmadan istifadə edilə bilər.
Birinci, uşaq dik vəziyyətdə olmalıdır. İkinci, maska üzə tam oturmalıdır, uşağın burnu açıq olmalıdır. Üçüncü, maska sırf uşağınızın özünə aid olmalıdır. Dördüncü, dərmandan sonra mütləq şəkildə körpədirsə, ağzının silinməsi, böyük uşaqdırsa, ağzının yaxalanması vacibdir. Hətta dişlərini fırçalamağı da unutmamalısınız".
Xədicə BAXIŞLI













