Dietoloq vaxtından əvvəl qocalmaya səbəb ola biləcək qidaları AÇIQLADI
Bəzi qidaların həddindən artıq qəbulunun vaxtından əvvəl qocalmaya səbəb ola biləcəyi bildirilir.
Redaktor.az xəbər verir ki, bunu dietoloq Culiana Andrade “Terra” nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, ilk növbədə rasionda şəkərin həddindən artıq olması qocalma prosesini sürətləndirə bilər. O, tərkibində çoxlu şəkər olan məhsullar arasında tort, peçenye, müxtəlif desertlər və qazlı içkiləri qeyd edib.
Andrade, həmçinin trans yağların qəbulunu məhdudlaşdırmağı tövsiyə edib. Onun sözlərinə görə, bu yağlara, məsələn, fastfud məhsullarında rast gəlinir.
Dietoloq əlavə edib ki, donuz əti məhsulları, kolbasa və vetçina kimi emal olunmuş ət məhsullarının qəbulu da vaxtından əvvəl qocalma ilə əlaqəli ola bilər.
Mütəxəssisin sözlərinə görə, spirtli içkilər də oksidləşdirici stresə, susuzlaşmaya və yuxu keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Həkim qeyd edib ki, gecə ərzində orqanizmdə bərpa prosesləri getdiyi üçün keyfiyyətli yuxu sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Xədicə BAXIŞLI













