Pəhriz üçün ən uyğun tərəvəzlərdən biri budur - Dietoloq AÇIQLADI

 09:06 24.09.2026     114

Balqabaq aşağı kalorili və yüksək su tərkibli olması ilə pəhriz qidalanmasında faydalı tərəvəzlərdən biri hesab olunur.

Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Olqa Yamilova bildirib.

Onun sözlərinə görə, balqabaq arıqlama pəhrizində əsas tərəvəzlərdən biri hesab olunur.

Yamilova qeyd edib ki, balqabağın aşağı enerji dəyəri və yüksək su tərkibi onu çəki azaltmağa yönəlmiş pəhrizin ayrılmaz hissəsinə çevirir.

“100 qram təzə balqabağın tərkibində cəmi 24-27 kilokalori var”, - deyə mütəxəssis bildirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən