Bu vərdişlər onurğaya yük SALIR
Həkim gündəlik həyatda yol verilən bəzi vərdişlərin onurğaya əlavə yük salaraq bel və kürək ağrılarına səbəb ola biləcəyini açıqlayıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Osteopat Dmitri Simkinin sözlərinə görə, noutbuk və ya smartfon ekranına uzun müddət aşağıdan baxmaq, arxaya dayaq olmadan oturmaq, saatlarla hərəkətsiz qalmaq və telefonu əlinə alaraq uzun müddət uzanmaq onurğa üçün zərərli ola bilər.
Mütəxəssis xüsusilə telefonu yüksək yastıq üzərində uzanaraq istifadə etməyin boyun nahiyəsinə əlavə yük yaratdığını bildirib. Bundan başqa, əyilərək ağır əşya qaldırmaq və əşyanı bədəndən uzaqda daşımaq da beldəki yükü artırır.
Həkim qeyd edib ki, əl və ya ayağa yayılan ağrı, keyimə, artan əzələ zəifliyi və yerişdə dəyişiklik müşahidə olunarsa, tibbi müayinədən keçmək lazımdır.
NURİYYƏ













