Epilepsiya dərmanı miqreni 80 faiz azalda BİLƏR

 21:05 25.09.2026     60

Epilepsiyanın müalicəsində istifadə olunan “Lamotrigin” preparatı miqren zamanı yaranan auranın tezliyini əhəmiyyətli dərəcədə azalda bilər.

Redaktor.az xəbər verir ki, İsveçin Lund Universitetinin alimləri apardıqları araşdırma zamanı bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “Frontiers in Neurology” jurnalında dərc olunub.

Araşdırmada tez-tez və ya xüsusilə ağır miqren aurası yaşayan 81 pasiyent iştirak edib. Aura görmə pozuntuları, müvəqqəti görmə itkisi, keyimə, tarazlıq və nitq problemləri ilə müşayiət oluna bilər.

Lamotriginlə müalicədən sonra aura yaşanan günlərin sayı ayda orta hesabla 6,9-dan 1,4-ə qədər azalıb. Bu isə təxminən 80 faizlik azalma deməkdir.

Auranın miqrenin əsas təzahürü olduğu pasiyentlərin 85 faizində isə onun tezliyi ən azı iki dəfə azalıb.

“Lamotrigin” əsasən epilepsiya və bipolyar pozuntunun müalicəsində istifadə olunur. Preparat sinir hüceyrələrinin həddindən artıq aktivliyini azaldaraq onların elektrik fəaliyyətinə təsir göstərir və qlutamatın ifrazını aşağı salır.

Alimlər hesab edirlər ki, bu təsir preparatın miqren aurasına səbəb olan beyin qabığındakı proseslərin qarşısını almasına imkan verə bilər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən