Qocalma ilə bağlı əsas miflər təkzib EDİLDİ
Qocalmanın qarşısını almaq üçün hazırda təsdiqlənmiş tək bir üsul yoxdur və bu proses bir çox amilin təsiri ilə baş verir.
Redaktor.az xəbər verir ki, biologiya elmləri doktoru Aleksey Moskalov qocalma ilə bağlı əsas mifləri təkzib edib.
Alimin sözlərinə görə, qocalma bir-biri ilə əlaqəli çoxsaylı proseslərdən ibarətdir və bu proseslərin hansı ardıcıllıqla baş verdiyi hələ də müzakirə olunur. O bildirib ki, buna görə də qocalmanı tam dayandıran müalicənin hazırlanması hələ uzaq perspektivdir.
Moskalov qeyd edib ki, qocalma əleyhinə müalicələr hazırda siçanlar üzərində sınaqdan keçirilir. Lakin gəmiricilərdə ömrü uzadan dərmanların insanlarda eyni nəticəni vermədiyini vurğulayıb.
Bioloq fiziki aktivliyin yalnız gündə 5, 7 və ya 10 min addım atmaqla məhdudlaşmadığını deyib. Onun sözlərinə görə, müntəzəm məşq insanın gücünü, əzələ kütləsini və ürək-damar dözümlülüyünü qorumağa kömək edir.
Alim həmçinin “bioloji yaşın” bir göstərici ilə dəqiq ölçülə biləcəyi fikrini də yanlış hesab edib. O bildirib ki, yaşlanma prosesi bir neçə göstərici üzrə izlənilməlidir və tək bir biomarkerdəki dəyişiklik avtomatik olaraq cavanlaşma demək deyil.
Aytəkin TOFİQQIZI













