Dermatoloq xəbərdarlıq etdi: 40 yaşdan sonra bu nahiyələri təmizləyin
40 yaşdan sonra bədəndə yaşlanma ilə əlaqəli fərqli qoxunun yaranmasının qarşısını almaq üçün bəzi gigiyena qaydalarına diqqət yetirmək tövsiyə olunur.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, dermatoloq Şerin İdriss xüsusilə qulaqların arxasındakı nahiyənin düzgün təmizlənməsinin vacib olduğunu bildirib.
Onun sözlərinə görə, həmin nahiyə şampun və ya duş geli ilə yuyulmalı, daha sonra qulaqların arxasındakı qırışlar və dəri pambıq çubuqla yumşaq şəkildə təmizlənməlidir.
Dermatoloq həmçinin dəri ilə təmasda olan əşyaların, o cümlədən dəsmalların, yastıq üzlərinin və çarşafların mütəmadi yuyulmasını məsləhət görüb. Bildirib ki, dəri yağları və qoxuya səbəb olan birləşmələr parçalarda qala bilər.
İdriss həddindən artıq dezodorant istifadəsinə də qarşı çıxıb. Onun sözlərinə görə, dezodorant qoxunu müvəqqəti gizlətsə də, qoxunun yaranmasına kömək edən oksidləşmiş sebumu aradan qaldırmır.
Aytəkin TOFİQQIZI













