Yeni nəsil linzalar nədir? - Oftalmoloq AÇIQLADI

 15:14 07.10.2026     132

“Yeni nəsil linza” dedikdə, burada adətən iki cür linzanı nəzərdə tuturuq. Birincisi, indi bəzi insanlar eşidib göz həkiminə müraciət edəndə “astiqmatizm” adında belə bir şeyin olduğunu öyrənirlər. Əvvəlki linzalar astiqmatizmi aradan qaldıra bilmirdi. İndiki linzalar isə bunu tam şəkildə aradan qaldıra bilir. Bəzi hallarda tam aradan qaldırmasa da, astiqmatizmi kifayət qədər fizioloji səviyyəyə endirə bilir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında oftalmoloq İmran Cərullazadə bildirdi.

Onun sözlərinə görə, ikinci tip linzalar isə müxtəlif məsafələrdə görməyə imkan verən linzalardır:

“Tutaq ki, əvvəlki linzaları nəzərdən keçirək. Yəqin ki, hamımızın yaddaşında 50-60 il əvvəl əməliyyat olunan babalarımızı, nənələrimizi görmüşük. Əməliyyatdan sonra belə qalın linzalı eynəklər taxırdılar. Bəzən xəstələrə deyirdilər ki, “şüşə dibi” kimi qalındır. Belə linzalı eynəklərdən istifadə edirdilər. Niyə? Çünki o vaxt göz daxili linzalar yox idi.

Kataraktı aradan qaldırırdıq. Kataraktın özü də, əslində, bir linzadır. Allah-Təala, yaxud təbiət deyək, gözümüzə bir linza yerləşdirib. O bulanıqlaşanda buna katarakt deyirdilər, xalq arasında isə “mirvari suyu” adlandırılırdı. Həmin linzanı xaric ediriksə, tutaq ki, burada bir modelimiz var, bu, gözün modelidir. Gözün içərisindən həmin linzanı çıxarırıqsa, o bulanıqlaşdığı üçün, əlbəttə, onun yerinə başqa bir şey qoymaq lazım idi. O vaxtlar isə linzalar yox idi. Əməliyyat edirdilər və xəstə belə qalın eynək taxırdı. Yeni tip linzalar imkan verir ki, əməliyyatdan sonra insan eynəkdən, demək olar ki, tam olmasa da, 90-95 faiz hallarda istifadə etməsin”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən