Rəngli linzalar gözə ziyandır? - AÇIQLAMA
"Dünyanın hər bir səhiyyə nazirliyi tərəfindən təsdiqlənib və insanların istifadəsinə icazə verilib. Bu o deməkdir ki, insanlar onlardan istifadə edə bilərlər".
Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında oftalmoloq İmran Cərullazadə vurğuladı.
Onun sözlərinə görə, insan linzanı düzgün taxırsa, vaxtında dəyişirsə və təmiz saxlayırsa, həmin linzalarla bağlı problem yaranmır:
"Sadəcə, linzanın necə istifadə olunması ilə bağlı bütün qaydalara riayət etmək lazımdır. Bu qaydalara əməl edildikdə, demək olar ki, problem yaranmır. Rəngli linzaların elələri də var ki, yalnız bəzək, yəni görünüş üçün istifadə olunur. Toy və digər tədbirlər üçün istifadə edilən linzalar var. Elələri də var ki, həm estetik məqsədlə istifadə olunur, həm də görməni yaxşılaşdırır. Yəni insan bunlardan istifadə edə bilər".
NURİYYƏ













