Kompüter qarşısında göz ağrısının qarşısını necə almaq olar? - Həkim AÇIQLADI

 15:27 07.10.2026     157

“İşləyən zaman gözü ağrıyan insan işləməsin. Gedir kənddə yaşayır, rahat, yaşıl meyvə-tərəvəz, təmiz hava. Qəşəng, o zaman hər şey yaxşı olur. Sadəcə, indiki dövrdə bu mümkün deyil. Çünki biz hamımız şəhərə köçmüşük, urbanizasiyadır. Biz indi burada kompüterə baxmasaq, işsiz qalacağıq, telefona baxmasaq, sizi izləyə bilmərik. Çünki sizi də telefonda, instaqramda izləyirlər”.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında oftalmoloq İmran Cərullazadə bildirdi.

Həkim vurğuladı ki, birinci növbədə insanlar bir şeyi qəbul etməlidirlər:

“Mən uzun müddət harasa baxıram, telefona, kompüterə baxıram, gözlərim yorulur. Mən nə edə bilərəm ki, bu olmasın? Yəni başqa sözlə, mən başqa bir sual verim, əslində eyni sualdır. Mən deyirəm ki, ay həkim, mən gündə 10 saat ayaq üstə dururam. Mən nə edə bilərəm ki, 10 saat ayaq üstə durum, amma ayağım ağrımasın? Belə bir şey yoxdur. Otur. Qurtardı, getdi. Gözdə də eyni şeydir. Gözün ağrıdısa, gözünü monitordan çək, uzağa bax. Yum, aç. Gözünə yüngül masaj et, amma bərk sıxma. Gözünü su ilə yu. Yəni imkan ver ki, göz milyonlarla il əvvəl gündəlik nə ilə məşğul idisə, onunla da məşğul olsun. Uzağa bax, kompüterə baxma. Onda göz daha rahat olacaq”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən