Göz tənbəlliyi sonradan daha da pisləşir? - Həkimdən CAVAB

 15:37 07.10.2026     75

“Bütün gözlər anadangəlmə tənbəl olur. Sadəcə, bir insanda hər iki göz inkişaf edir və inkişafını tamamlayır. Nəticədə insan 100 faiz görə bilir. Bəzi insanlarda isə bir göz digərindən geri qalır. Tənbəllik, yəni gözün əvvəlcədən tənbəl olması, onun müəyyən mərhələdən sonra inkişaf etməməsi deməkdir. Bu inkişaf ən uzağı 10-12 yaşa qədər davam edir. İnsan 10-12 yaşa qədər eynəklə nə qədər görürsə, görməsi də təxminən həmin səviyyədə qalır”.

Redaktor.az xəbər veirr ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında oftalmoloq İmran Cərullazadə dedi.

Həkim göz tənbəlliyinin nə olduğundan da bəhs etdi:

“İnsan eynək taxsa da, 100 faiz görmür. Bəli, bu, tənbəllikdir. Amma insan eynək taxır və 100 faiz görürsə, bu, tənbəllik deyil. Əgər insan, tutaq ki, eynəklə gəldi və 50 faiz görürsə, onun indi 16-17 yaşı varsa, görmə səviyyəsi 50-60 faiz olaraq qalacaq. Ondan yuxarı qalxmayacaq. Əməliyyat da bu problemi aradan qaldırmır. Çünki tənbəllik gözün tənbəlliyi deyil, beynin tənbəlliyidir.

Biz gözlə görürük. Göz təsviri beyinə göndərir. Beyin inkişaf edir. Əgər beyinə təsvir göndərilmirsə və ya təsvir dumanlı şəkildə göndərilirsə, beynin görmə mərkəzi inkişaf etmir. Görmə mərkəzi də təxminən 10-12 yaşa qədər inkişaf edir. Ondan sonra isə inkişaf etmir. Ona görə də insanın indi 20, 25, 30 və ya 50 yaşı varsa və görməsi tənbəlliyə görə 50 faizdirsə, bu göstərici tənbəlliyə görə artıq zəifləməyəcək. Sonradan uzaqgörənlik, yaxıngörənlik, qlaukoma və digər problemlər yarana bilər. Amma tənbəlliyə görə görmənin üzərinə əlavə bir problem gəlmir”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən