Payız-qış aylarında xəstəliklərdən qorunmaq üçün nə etməli? - Həkimdən MƏSLƏHƏT

 14:03 08.10.2026     56

Havaların soyuması ilə mövsümi xəstəliklərin yayılma riski də artır. Payız-qış aylarında insanların müxtəlif virus və infeksiyalara yoluxma ehtimalı yüksəlir.

Bəs soyuq hava immunitetə necə təsir edir? Mövsümi xəstəliklərdən qorunmaq üçün insanlar hansı qaydalara əməl etməlidirlər?

Terapevt Şahvələd Məmmədov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, payız-qış mövsümündə insanlar həyat tərzini normallaşdırmalıdır:

"Bəzi insanlar payız-qış mövsümünə uyğun mövsümi paltarlar geyinmirlər və bu özü bədənin immunitetinin düşməsinə və virusların, bakteriyaların, əlavə infeksiyaların bədənə çəkməsinə gətirib çıxarır. Buna görə soyuq havalarda birmənalı olaraq immunitetin düşməsi halları baş verə bilər. Bu baxımdan, yəni payız-qış paltarlarının, mövsüm geyimlərinin olması, mövsümi geyimləri geyinmək vacibdir".

Həmsöhbətimiz diqqətə çatdırdı ki, bu gün mikrob, virus assosiasiyasında yaşayırıq:

"Mikrob assosiasiyasında yaşayırıq. Mikrob assosiasiyası nədir? Yəni çox müxtəlif variantlı viruslar və yaxud müxtəlif variantlı mikrobların cərəyan etdiyi, cərəyan etdiyi bir dövrdə yaşayırıq. Ona görə heç kəs sığortalanmayıb ki, hər hansı bir virusa yoluxar və o virus ciddi ağırlaşmalara səbəb ola bilər. Bu baxımdan insanlar geyim əşyalarına diqqət yetirməlidirlər. Geyimlə yanaşı, payız meyvələrindən istifadə olunmalıdır, bol-bol maye, çay, su içilməlidir, yuxu rejimi düzgün olmalıdır ki, payız-qış mövsümündə yayılan mövsümi xəstəliklərdən kənarlaşsınlar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən