Nadir hallarda xəstələnən insanlar vərdişlərini AÇIQLADI
Nadir hallarda soyuqdəymə və qripə yoluxan insanlar immunitetlərini qorumağa kömək etdiyini düşündükləri gündəlik vərdişləri bölüşüblər.
Redaktor.az xəbər verir ki, onlar bu barədə “Reddit” platformasında müzakirə aparıblar.
İstifadəçilərin bir çoxu əllərini mütəmadi yuduqlarını bildirib. Onların sözlərinə görə, bu vərdiş təkcə tualetdən sonra deyil, müxtəlif vəziyyətlərdə də tətbiq olunur.
İstifadəçilər əlləri müntəzəm yumaq vərdişini koronavirus pandemiyası dövründə qazandıqlarını qeyd ediblər.
Xədicə BAXŞILI













