Hansı pozada yatmaq daha yaxşıdır? - Həkimdən açıqlama
İnsanın yatarkən aldığı bədən vəziyyəti yuxunun keyfiyyətinə təsir göstərir. Bununla belə, hamı üçün ideal hesab edilən vahid yuxu pozası yoxdur.
Redaktor.az xəbər verir ki, bu barədə həkim-somnoloq Pavel Kudinovun açıqlamasına istinadən “aif.ru” məlumat yayıb.
Həkimin sözlərinə görə, yan və ya qarınüstə yatmaq bu vəziyyətlərdə daha rahat yuxuya gedən insanlar üçün uyğun ola bilər. Lakin xoruldayan şəxslərə arxası üstə yatmaq tövsiyə edilmir.
Xədicə BAXŞILI













