Ayaqların şişməsi bu xəstəliklərin əlaməti ola bilər
Ayaqlarda yaranan şişkinlik ürək çatışmazlığı ilə yanaşı, damar, qaraciyər və böyrək xəstəliklərinin də əlaməti ola bilər.
Redaktor.az xəbər verir ki, kardioloq Anastasiya Poskakalova bu barədə "RT"yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, ayaqların şişməsinin əsas səbəblərindən biri xroniki ürək çatışmazlığıdır. Bu zaman ürək qanı effektiv şəkildə pompalaya bilmir və nəticədə orqanizmdə maye toplanır.
Həkim bildirib ki, şişkinliyin digər geniş yayılmış səbəblərindən biri də xroniki venoz çatışmazlığıdır.
Poskakalovanın sözlərinə görə, ayaqlarda qan durğunluğu qaraciyər və böyrək xəstəlikləri, eləcə də qalxanabənzər vəzinin funksiyasının azalması ilə də əlaqəli ola bilər.
Aytəkin TOFİQQIZI













