Onkoloqdan xərçənglə bağlı XƏBƏRDARLIQ
Süd vəzilərinin formasında, ölçüsündə və strukturunda baş verən dəyişikliklər xərçəngin ilkin əlamətləri ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə onkoloq İqor Xatkov aif.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, süd vəzilərində düyünlərin yaranmasına, bərkimə sahələrinə və toxumanın konsistensiyasında dəyişikliklərə diqqət yetirmək lazımdır. Xüsusilə bu əlamətlər ağrı və ya xarici görünüşdə dəyişikliklərlə müşayiət olunarsa, həkimə müraciət etmək vacibdir.
Onkoloq qeyd edib ki, məmə uclarından axıntı da diqqət yetirilməli əlamətlərdən biridir. Bu hal həm xoşxassəli, həm də bədxassəli şişlərlə əlaqəli ola bilər.
Xatkov vurğulayıb ki, məmə uclarından gələn hər hansı axıntı, xüsusilə uzun müddət davam edərsə və ya artarsa, ətraflı müayinə tələb edir.
Aytəkin TOFİQQIZI













