Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

 22:32 22.10.2026     48

Braziliyalı həkimlər təhlükəli əlamətlərlə müşayiət olunan öskürəyin xəstəxanaya müraciət tələb etdiyini açıqlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat  "Terra" nəşrində dərc olunub.

Həkimlərin sözlərinə görə, öskürək üç həftədən az davam etdikdə kəskin, üç-səkkiz həftə arasında davam etdikdə yarımkəskin, iki aydan çox sürdükdə isə xroniki hesab olunur. Xroniki öskürək ətraflı tibbi müayinə tələb edir.

Mütəxəssislər bildiriblər ki, öskürək nəfəs darlığı, xırıltılı tənəffüs, qanlı bəlğəm, yüksək hərarət, sinə ağrısı və ya səbəbsiz çəki itkisi ilə müşayiət olunarsa, müddətindən asılı olmayaraq dərhal xəstəxanaya müraciət edilməlidir.

Həkimlər reseptsiz satılan öskürək siroplarından nəzarətsiz istifadənin ciddi sağlamlıq problemlərinin əlamətlərini gizlədə və düzgün müalicənin gecikməsinə səbəb ola biləcəyini də vurğulayıblar.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən