Diş sağlamlığına zərər verən qidalar - Həkim AÇIQLADI
Stomatoloq Mauro Macedo diş sağlamlığına zərər verə bilən qidaların adlarını açıqlayıb.
Redaktor.az xəbər verir ki, həkim bu barədə “Terra” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, səhərlər sağlamlıq məqsədilə limonlu su içmək dişlər üçün risk yarada bilər. Belə ki, turşuların tez-tez təsirinə məruz qalması diş minasının daha sürətlə aşınmasına səbəb olur.
Stomatoloq quru meyvələrin də diş sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirib. O qeyd edib ki, quru meyvələr dişlərə yapışaraq uzun müddət ağız boşluğunda qala bilər. Onların tərkibindəki şəkər isə diş çürüməsi riskini artırır.
Həkim həmçinin nanəli və sərt konfetlərin, idman içkilərinin, eləcə də xüsusilə şəkərli qəhvənin həddindən artıq istehlakına qarşı xəbərdarlıq edib.
Aytəkin TOFİQQIZI












