Alimlərdən diabet xəstələrinin yaddaşı ilə bağlı ARAŞDIRMA
E vitamini beyin hüceyrələrini zədələnmədən qoruya və şəkərli diabet xəstələrində yaddaş və düşünmə qabiliyyətinin pisləşməsi ehtimalını azalda bilər.
Redaktor.az xəbər verir ki, bu qənaətə Çin alimləri “Frontiers in Nutrition” jurnalında dərc olunan araşdırmaların nəticəsində gəliblər.
Şəkərli diabet yaddaşın, diqqətin və məlumatları emal etmək qabiliyyətinin zəifləməsi ilə müşayiət oluna bilər. Alimlər bu problemlərin inkişafını orqanizmdə xroniki iltihab, oksidləşdirici stress, insulinin təsirinin pozulması və sinir hüceyrələrinin zədələnməsi ilə əlaqələndirirlər.
Tədqiqatçılar hesab edirlər ki, E vitamininin antioksidant xüsusiyyətləri beyin hüceyrələrinin qorunmasında rol oynaya bilər. Bununla belə, vitaminin diabet xəstələrində koqnitiv pozuntuların qarşısını aldığını təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.
Aytəkin TOFİQQIZI













