Aritmiyanın müalicəsi üçün spirt əsaslı preparat HAZIRLANDI

 09:23 29.10.2026     64

Rusiyanın Novosibirsk şəhərindəki Meşalkin adına Milli Tibbi Tədqiqat Mərkəzinin mütəxəssisləri ürək ritminin pozulmasının müalicəsi üçün etil və izobutil spirtləri əsasında preparat hazırlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə mərkəzin direktoru Yevgeni Tarasyuk TASS-a açıqlamasında məlumat verib.

Preparat etil və izobutil spirtlərinin birləşməsindən ibarətdir. Tərkibə stabilizator kimi disulfiram da əlavə edilib. Dərmanın xüsusi balon kateter vasitəsilə ürəyin ən böyük venası olan koronar sinusa yeridilməsi nəzərdə tutulur. Bu üsulda koronar angioqrafiya və stentləmə zamanı istifadə edilən avadanlığa bənzər tibbi cihazdan istifadə olunacaq.

Mərkəzin elmi işlər üzrə direktor müavini Aleksandr Romanovun sözlərinə görə, preparatın heyvanlar üzərində aparılan klinikayaqədərki sınaqları başa çatıb. Dərmanın ilk partiyası Sibir Dövlət Tibb Universitetinin nəzdindəki GMP laboratoriyasında istehsal edilib.

Hazırda preparatın ilk mərhələ klinik sınaqlarının keçirilməsi üçün Rusiyanın Səhiyyə Nazirliyinə müraciət göndərilib. Sınaqların ilkin olaraq noyabrın ortalarında başlanması planlaşdırılır.

Tərtibatçıların bildirdiyinə görə, bütün zəruri mərhələlər uğurla başa çatarsa, preparat 2029–2030-cu illərdə bazara çıxarıla bilər. Yeni texnologiyanın aritmiya müalicəsinin xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcəyi gözlənilir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən