Ürəyinizi qorumaq üçün bu məhsulu YEYİN

 16:33 30.10.2026     123

Ürək sağlamlığı üçün faydalı olan ucuz qidanın adını açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə kardioloq Françesko Lo Monako “Mirror” nəşrinə danışıb.

Həkimin sözlərinə görə, arpa ürək sağlamlığına müsbət təsir göstərən məhsullardan biridir. Onun tərkibində olan beta-qlükan adlı həll olunan lif bağırsaqlarda xolesterolun sorulmasını azaltmağa kömək edir.

Lo Monako gündə üç qram beta-qlükan qəbulunun ümumi xolesterol və LDL xolesterol səviyyəsini aşağı saldığını göstərən tədqiqatlara diqqət çəkib.

Kardioloq bildirib ki, sağlam qidalanmaq üçün mütləq bahalı məhsullara üstünlük vermək lazım deyil. Onun sözlərinə görə, mirvari arpa həm ucuz, həm də qida dəyəri yüksək olan məhsuldur. Bu taxılı şorbalara və müxtəlif yeməklərə əlavə etmək, eləcə də düyü və makaron əvəzinə istifadə etmək mümkündür.

Həkim, həmçinin arpanın orqanizmə təsirinin insanın qanındakı xolesterol səviyyəsindən və ürək xəstəliyi riskindən asılı olduğunu vurğulayıb. O qeyd edib ki, xolesterolun yüksək olması genetik amillərlə bağlıdırsa və ya ürək xəstəliyi riski yüksəkdirsə, yalnız qidalanmanı dəyişmək kifayət etməyə bilər. Belə hallarda dərman müalicəsinə də ehtiyac yarana bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən