Uzun yaşamaq istəyənlərə sadə TÖVSİYƏLƏR
Uzunömürlülüyü ilə tanınan insanların gündəlik həyatında açıq havada gəzmək və bağçılıqla məşğul olmaq kimi sadə fiziki fəaliyyətlər mühüm yer tutur.
Redaktor.az xəbər verir ki, tədqiqatçı Den Byuttner uzunömürlülüyə töhfə verən bu vərdişlərdən danışıb.
Byuttnerin sözlərinə görə, yüzillik insanlar sağlam həyat tərzini şüurlu şəkildə planlaşdırmırlar, sadəcə gündəlik həyatlarını yaşayırlar. Onlar idman zalına getmək əvəzinə açıq havada daha çox hərəkət edir, gəzintiyə çıxır və gündəlik işləri zamanı çoxlu addım atırlar. Bəzi hallarda fərqinə varmadan gün ərzində 10-12 min addım yeriyirlər.
Tədqiqatçı qeyd edib ki, bu bölgələrdəki mühit də fiziki aktivliyi təşviq edir. Bağçılıqla məşğul olmaq, torpaqla işləmək, əyilmək və dartınmaq bədənin hərəkətliliyini qorumağa kömək edir.
Byuttnerin fikrincə, açıq havada görülən bu cür gündəlik fəaliyyətlər ürəyi gücləndirir və zehni daha intensiv məşqlər qədər sakitləşdirə bilir.
Aytəkin TOFİQQIZI













