Dabanlarda quruluq varsa nə etmək lazımdır? - AÇIQLAMA
Daban dərisinin davamlı quruması zamanı qanda ferritin və ümumi zülal səviyyəsini yoxlamaq tövsiyə olunur. Bu göstəricilər dərinin vəziyyətinin qiymətləndirilməsində əhəmiyyət daşıya bilər.
Redaktor.az xəbər verir ki, bu barədə terapevt Alina Litvinova özünün “Telegram” kanalında məlumat verib.
Həkimin sözlərinə görə, ferritin orqanizmdə dəmir ehtiyatını, ümumi zülal isə qandakı albumin və qlobulinlərin ümumi miqdarını əks etdirir.
Mütəxəssis qeyd edib ki, analiz nəticələrində normadan kənar göstəricilər digər müayinələr və klinik əlamətlərlə birlikdə qiymətləndirilməlidir. Hər hansı pozuntu təsdiqləndiyi halda onun səbəbi müəyyənləşdirilməli və müvafiq müalicə seçilməlidir.
Litvinova qidalanmaya da diqqət yetirməyi tövsiyə edib. Onun fikrincə, rasiona omeqa-3 yağ turşuları, sink, A və E vitaminləri ilə zəngin məhsullar daxil edilməlidir. Bu maddələr dərinin normal quruluşunun və qoruyucu funksiyasının saxlanılmasında, eləcə də bərpasında iştirak edir.
Həkim daban dərisinin quruması və kobudlaşmasının mümkün səbəbləri arasında otaqda havanın rütubətinin aşağı olmasını, narahat ayaqqabı geyinməyi, artıq çəkini, göbələk infeksiyalarını və psoriazı sadalayıb. Problem, həmçinin ayaqlara düzgün qulluq edilməməsi, dərinin mütəmadi mexaniki zədələnməsi və bəzi qida maddələrinin orqanizmə kifayət qədər daxil olmaması ilə əlaqəli ola bilər.
NURİYYƏ













