Qışda dəri quruluğunun qarşısını necə almaq olar? - Dermatoloqdan tövsiyələr
"Qış aylarında soyuq hava, külək və temperatur dəyişiklikləri dərinin qoruyucu baryerini zəiflədərək quruluq, dartılma, həssaslıq və qıcıqlanmaya səbəb ola bilər".
Redaktor.az xəbər verir ki, bu barədə dermatoloq Bilqeyis Mustafayeva sosial şəbəkə hesabında danışıb.
"Dərinizi qış mövsümündə qorumaq üçün dəri tipinizə uyğun nəmləndiricidən istifadə edin. Tərkibində seramid, hialuron turşusu və qliserin olan vasitələrə üstünlük verin. Üzünüzü çox isti su ilə yumayın, yumşaq təmizləyicilər seçin".
O əlavə etdi ki, qış aylarında da SPF istifadəsini davam etdirilməlidir.
"Biorevitalizasiya dərinin dərin nəmləndirilməsi üçün vacib estetik dəstək hesab olunur. Soyuq mövsümdə dəridə nəmlik itkisi, quruluq və elastikliyin azalması müşahidə olunduqda, biorevitalizasiya dərini nəmləndirir, elastikliyini və ümumi keyfiyyətini yaxşılaşdırır. Sağlam, nəmlənmiş və parlaq dəri üçün gündəlik düzgün qulluqla yanaşı, mövsümə uyğun peşəkar prosedurlar da vacibdir".
Xədicə BAXIŞLI













