Qripdən qorunmaq üçün evdə nə etmək lazımdır?

 12:58 26.11.2026     55

Qrip və kəskin respirator virus infeksiyaları  ailə üzvləri arasında asanlıqla yayıla bilər. 

Redaktor.az xəbər verir ki, həkim-tədqiqatçı Xavis Tomas qrip və KRVİ-nin ailə üzvləri arasında yayılmasına səbəb olan səhvləri "Daily Mirror"a müsahibəsində açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, yoluxma riskini azaltmaq üçün mənzili mütəmadi havalandırmaq vacibdir. O bildirib ki, insanlar çox vaxt soyuqdan qorxduqları üçün otaqların pəncərələrini açmırlar. Nəticədə, xüsusilə evdə xəstə olan şəxs varsa, havada virusların miqdarı artır.

Həkim həmçinin xəstə insanla uzun müddət yaxın təmasda olmamağı, burun dəsmalından istifadə etdikdən və ya asqırdıqdan sonra əlləri yumağı tövsiyə edib.

Tomas səthlərin həddindən artıq dezinfeksiya edilməsini isə demək olar ki, faydasız hesab edib. Onun sözlərinə görə, bu üsul digər qorunma tədbirlərini əvəz etmir, çünki viruslar hava vasitəsilə də yayılır.

Mütəxəssis özünü yaxşı hiss edən kimi qorunma tədbirlərini dayandırmamağı da tövsiyə edib. Çünki insanın vəziyyəti yaxşılaşsa da, o, hələ də yoluxdurucu ola bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən