Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? - Mütəxəssis AÇIQLADI

 11:28 27.11.2026     43

Axşam və səhər duş qəbul etməyin faydaları fərqlidir. Mikrobioloq Primrouz Fristoun səhər və axşam duş almağın üstünlüklərini müqayisə edib.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə “The Independent” nəşrinə danışıb.

Onun sözlərinə görə, axşam duş qəbul etmək gün ərzində bədəndə toplanan çirkləri təmizləməyə kömək edir. Lakin yataq dəsti nadir hallarda dəyişdirilirsə, bu duşun effektivliyi azala bilər. Belə ki, çirkli yataq dəstindəki mikroblar təmiz bədənə keçə bilər.

Fristoun xəbərdarlıq edib ki, yataq dəstinin müntəzəm yuyulmaması ölü dəri hüceyrələrinin toplanmasına səbəb olur. Bu hüceyrələrlə toz gənələri qidalanır. Onların ifrazatları isə allergiyaya səbəb ola və astmanı kəskinləşdirə bilər.

Mikrobioloq səhər və ya günorta duş qəbul etməyin daha effektiv olduğunu düşünür. Onun sözlərinə görə, səhər yuyunmaq gecə ərzində dəridə toplanan ölü hüceyrələri, təri və bakteriyaları təmizləməyə kömək edir.

Ekspert xüsusilə təzə yuyulmuş yataq dəstində yatmayan şəxslər üçün səhər duşunun vacib olduğunu vurğulayıb.

Fristoun yataq dəstlərinin ən azı həftədə bir dəfə yuyulmasını da tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən