Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB
Kardioloq ürək sağlamlığı üçün zərərli hesab edilən qəhvənin əslində təhlükəli olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, həkim bu barədə özünün “Telegram” kanalında paylaşım edib.
Onun sözlərinə görə, qəhvə həm sağlam insanlara, həm də ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə zərər vermir.
Həkim bu şəxslər üçün gündəlik kofein miqdarının 450 milliqramı keçməməli olduğunu vurğulayıb. Hamilə qadınlar isə bu qaydadan istisna təşkil edir.
“Xeyr, qəhvə zərərli vərdiş deyil. Mən qəhvənin müdafiəçisiyəm. Əksinə, o, faydalıdır. Həyatda bəzən hər şey göründüyünün tam əksi olur. Qəhvəni sevirsinizsə, için, sevmirsinizsə, içməyin”, – deyə o yazıb.
Bundan əvvəl dietoloq-nutritionist Roman Pristanski kofeinin orqanizmi enerjini sanki borc almağa məcbur etdiyini bildirib. Onun sözlərinə görə, gündə dörd fincana qədər qəhvə içmək mümkündür. Bununla belə, fincanın həcmi deyil, tərkibindəki kofeinin miqdarı əsasdır.
Bu yaxınlarda Çin alimləri qəhvə və digər bitkilərin tərkibində olan təbii birləşmə – kofein turşusunun bağırsaqlardakı iltihabı azalda və onun qoruyucu baryerini dəstəkləyə bildiyini müəyyən ediblər.
Xədicə BAXIŞLI













