Bu 2 bitki sizi bütün parazitlərdən azad edəcək

 19:49 07.04.2019     1617

Parazitlər insan orqanizmindən qidalı maddələri alan zərərli varlıqlardır. Parazitlərə yoluxan bədən zəifləyir və bir çox xəstəliklərə yoluxur.

Bundan başqa parazit qurdlar orqanizmdə yaşadıqları müddətdə toksin ifraz edirlər. Bu maddələr insan sağlamlığına, o cümlədən saçlara və dəriyə mənfi təsir edir. 

Parazitlər müxtəlif yollarla qidalı maddələr alaraq bədənin müxtəlif yerlərində yaşaya bilirlər. 

Onlara daha çox bağırsaqlarda rast gəlinir. Bu orqanda parazitlər şəkər, zülal və minerallar kimi faydalı maddələri mənimsəyirlər. 

Əgər siz davamlı olaraq şirin qidalara ehtiyac duyursunuzsa bu sizdə qurd olmasına bir işarədir.  

Əgər siz həddindən artıq şəkər qəbul etsəniz o zaman parazitləri yaxşı qidalandıraraq onların çoxalması üçün ideal şərait yaradacaqsınız. 

Bunun üçün də parazitlərdən tez bir zamanda yaxa qurtarmaq lazımdır. 

Redaktor.az medicina.az-a istinadən orqanizminizin parazitlərdən təmizlənməsi üçün ən effektli reseptlərdən birini təqdim edir: 

Lazım olanlar: 

20 qr kətan toxumu (təxminən 2 x/q)

2 qr mixək (1 ç/q)

Hər ikisini ayrı-ayrılıqda üyüdərək toz halına salın. 

Daha sonra qarışdırın. 

Bu qarışımı 3 gün ardıcıl olaraq hər səhər südə, qatığa və s qarışdıraraq qəbul edin. 1 stəkan isti suda həll edərək də içə bilərsiniz. 

3 gündən sonra 3 gün fasilə verərək yenidən davam edin. Bu minvalla 1 ay qarışımı qəbul etməlisiniz.
 
Bir aydan sonra sizin bağırsaqlarınız parazitlərdən tamamilə təmizlənəcək. Proseduru ildə 1 dəfə etmək lazımıdr.