Həzm prosesinə əngəl olan qidalar hansıdır?

 01:01 10.04.2019     3077

Bəzi ərzaqların saltlarda bərabər şəkildə istifadə olunması düzgün deyil. Məsələn pomidor və xiyar. Bu tərəvəzlərin hər biri ayr - ayrı həzm müddətinə sahibdir.

Redaktor.az xəbər verir ki, elə bu baxımdan istifadə etdiyimiz ərzaqların hansı müddətə həzm olunduğunu bilmək vacibdir.
Sürətli və yavaş həzmə sahib ərzaqları birlikdə istifadə etmək yaxşı bir fikir deyil.

Çünki digəri tamamilə, o biri isə daha yüngül vəsaitlər olduğu üçün bağırsaqdan keçəcək. Bu isə nəticədə qıcqırmaya səbəb olacaq. Qıcqırma isə öz növbəsində mədədə diskomfort yaradacaq.

İndi isə sizə heç vaxt bir yerdə istifadə etməməli olduğunuz yeyinti məhsullarını təqdim edirik:

Yeməkdən sonra meyvə yemək yaxşı fikir deyil

Meyvələrin həzm prosesi çox vaxt tələb edir və mədədə heç vaxt uzun müddət qalmamalıdır. Yeməkdən sonra meyvə yemək, mədənizdə turşuluğu artırar və digər həzm problemlərinə səbəb ola biləcək düyün yaradır.

Pendirli makaron dadlı və olduqca populyar bir yeməkdir, ancaq yenə də uzaq durmaq lazımdır.

Makaron, zülaldan fərqli bir həzim müddətinə malik olan nişastalar baxımından zəngindir. Bu səbəbdən bu gecikmə halı qıcqırma və həzm problemlərinə gətirib çıxarar. Makaron və ət üçün də eyni şey aiddir.

Qidalanmaq üçün sadəcə bir protein mənbəyi seçin.

Et və pendirli omlet, milyonlarla insanın sevdiyi xörəklərindən biridir. Ancaq eyni boşqaba çoxlu zülal qoymaqdan uzaq durmalısınız.

Çörəklə portağal şirəsi içməyin!

Portağal şirəsində həzm üçün lazım olan turşu miqdarı, nişastanın həzminə kömək edə bilmir. Bu baxımdan çörək və un məmulatları ilə hazırlanan yeməklərdə bu şirədən istifadə etməyin

Tərəvəzlər və pendir başqa bir uyğunsuzluq kombinasiyasıdır. İkisinidə birlikdə yemək köplə nəticələnir.

Yemiş və qarpızı heç vaxt birlikdə yeməyin!

Bu meyvələr kimi eyni anda yox, hər zaman tək halda yeyilməlidir.

Bananlı süd həzm prosesini yavaşladır!

Bir çoxları bu kombinasiyanı çox sevir. Ancaq bu iki ərzaq bir yerdə həzm sisteminizi əhəmiyyətli dərəcədə ləngidəcək.

Səhər ac qarına meyvəli qatıq bağırsaq florasına zərər verir!

Bəzən səhər yeməyinə bundan istifadə edirik. Ancaq meyvələrin qatıqa qatılıb yeyilməsi qida zəhərlənmələrinə səbəb ola bilən aktiv maddələrin miqdarını artırır.

Redaktor.az