Kişilərdə sperma miqdarı getdikcə azalır - Həkimlər açıqladı

 23:23 12.04.2019     1451

Müasir dövrün həyat tərzi kişilərdə sperma miqdarının inanılmaz dərəcədə azalmasına səbəb olur.

Redaktor.az xarici KİV-ə istinadla bildirir ki, Dünya Sağlamlıq Təşkilatı tərəfindən aparılan 50 fərqli araşdırmanın nəticəsinə əsasən, çoxalmanın bir nömrəli faktoru olan sperma miqdarı son 30 ildə kişilərdə 4 dəfədən çox azalıb.

Araşdırmaya əsasən, Avropa qitəsində yaşayan kişilərdə 1985-2010-cu illər ərzində sperma miqdarı 39% azalıb.

Uroloq Cüneyt Adayenerin açıqlamasına görə, sperma miqdarının azalmasının bir sıra səbəbləri var. Dərman qəbulu, stress, düzgün qidalanmamaq, artıq çəki, radiasiya şüaları, həmçinin xərçəng xəstəliyi və bir sıra infeksiyalar da buna səbəb olur.

Rüfət Xəlil /REDAKTOR.AZ