Üç dəqiqədə dişlərinizi ev şəraitində ağappaq etmək üçün üsullar

 21:31 13.04.2019     1046

Zaman keçdikcə dişlərimizin saralması təbbi haldır. Dişləri ağartmaq üçün diş məcunları ilə yanaşı təbii vasitələr də mövcuddur.

Redaktor.az sizə ev şəraitində dişlərinizi asanlıqla ağratmaq üçün bir neçə üsulu təqdim edir:

1.Qabartma tozu və limon suyu

Kiçik bir qaba qabartma tozu qoyun. Yarım limonun suyunu sıxıb, həmin qaba əlavə edin. Qabartma tozu ilə limon suyunu yaxşıca qarışdırın. Həmin qarışımdan etiyacınız olan qədər götürüb, diş firçasına sürtüb dişlərinizi bir dəqiqə firçalayın. Bu metoddan həftədə bir dəfə olmaqla bir ay istifadə edin.

2. Qabartma tozu və Hind qozu yağı

Kiçik bir qaba bir çay qaşığı qabartma tozu, yarım çay qaşığı Hindistan qozunun yağını əlavə edin. Yaxşıca qarışdırın, sonra həmin məcun ilə dişlərinizi fırçalayın. Daha sonra ağzınızı su ilə çoxlu yaxalayın. Yaxşı nəticə almaq üçün bu məcundan həftədə iki dəfə istifadə edin.

3. Banan qabığı

Təzə banan qabığınının ağ hissəsi ilə dişlərinizi sürtün. Sonra sişlərinizi fırçayayın. Bunu həftədə iki-üç dəfə təkrarlaya bilərsiniz.

Banan qabığı diş qabığını yenidən canlandırır, gülüşünüzdəki parlağlıqı geri qaytarır.

4.Çiyələk əziyi

İki və ya üç çiyələyi əzib, məcun halına gətirin. Sonra həmin məcunla dişlərinizi  farçalayın. Beş dəqiqə gözlədikdən sonra ağzınızı yaxalayın. Bu qarışımdan həftədə bir dəfə istifadə edə bilərsiz. Bir dəfədən artıq istifadə etmək diş ətinizə ziyan vura bilər.

Gülnar Süleymanova/  REDAKTOR.AZ