Duzun daha bir təhlükəsi aşkarlandı

 05:01 14.04.2019     467

İnsan orqanizmində xörək duzunun yığılması allergik immun reaksiyaların inkişafına səbəb olur.

Redaktor.azTrend-ə istinadən bildirir ki, Münhen Texniki Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Müşahidələr nəticəsində məlum olub ki, xörək duzunun tərkibində olan natrium xlorid orqanizmdəki T-hüceyrələrə təsir edir. Nəticədə bu hüceyrələr həddindən çox zülal istehsal edir.

Qeyd olunur ki, IL-4 və IL-13 zülalları immunitet üçün vacib olsa da, bunların çoxluğu allergik reaksiyalara da səbəb ola bilər.

Alimlərin fikrincə, T-hüceyrələrə natrium xloridin təsiri aradan qalxdıqda allergik reaksiyalar da azalır.