Püstə erkən qocalmanın qarşısını alır

 18:56 20.04.2019     998

Bir çox vitamin və mineralı özündə birləşdirən püstə yaşlanmanı gecikdirir.

Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, təbii proses olan qocalma ətraf mühit amillərinin təsirindən tez başlaya bilər. Bunun qarşısını almaq üçün bir çox təbii qidalar mövcuddur.

Püstə də onlardan biridir. A, B qrupu, C, E, PP vitaminləri, mis, maqnezium, selen, kalium mineralları  olan bu çərəz sinir sistemi üçün çox faydalıdır. Püstə zehni fəaliyyəti yaxşılaşdırır, hüceyrələrin sağlam bölünməsini və böyüməsini təmin edir. Eyni zamanda, ürək-damar, ağciyər və göz xəstəliklərinin müalicəsində də istifadə edilir. Hər gün bir ovuc püstə sizi gün boyu enerji ilə təmin edəcək.