Beyini qocalana qədər cavan saxlamaq üçün nə etməli? - Məşhur akademikdən 5 tövsiyə

 01:31 22.04.2019     1107

Məşhur rus alim, psixiatr, nevropatoloq, fizioloq, psixoloq akademik V.M.Bexterev bütün həyatını beyinin fəaliyyətinin öyrənilməsinə həsr edib.

Alim sübut edirdi ki, insanların yalnız 20%-də beyin qocalana qədər öz funksiyalarını itirmir. İnsanların əksər hissəsində isə beyində bu və ya digər formada və ağırlıq səviyyəsində pozulmalar inkişaf edir. Bəs bu 20%-ə düşmək üçün nə etmək lazımdır?

Redaktor.az saglamolun.az-a istinadən bildirir ki, Bexterev beyini qocalana qədər işlək vəziyyətdə saxlamaq üçün 5 çox sadə qaydaya əməl etməyi tövsiyə edirdi:

1. Beyini məşq etdirin!

Kitab oxumaq, yeni dilləri öyrənmək, şəkil çəkmək, riyaziyyatla məşğul olmaq beyinin sağlamlığı və cavanlığını təmin edən məşqlərdir. Bunlar beyini tonusda saxlayır.

2. Hər gün açıq havada gəzin!

Bu beyinin qan dövranını yaxşılaşdırır. Bexterev öz pasiyentlərinə müşahidə edəndə fikir verib ki, 2 həftə ərzində hər gün açıq havada gəzən insanlarda beyinin fəaliyyəti yaxşılaşır.

3. Tez-tez uşaqlarla ünsiyyətdə olun!

Bexterevin fikrinə görə, beyin üçün ən yaxşı məşq uşaqlarla ünsiyyətdə olmaqdır. Uşaqlar öz gözlənilməz suallarla böyüklərin beynini fəal şəkildə işləməyə, daha çox fikirləşməyə vadar edir.

4. Dincəlin!

Fasiləsiz işləyən beyin tez yorulur və qocalır.

5. Hər yaşadığınız günə sevinin, daha çox gülün!

Bexterev belə hesab edirdi ki, gülüş sinir sisteminin ən yaxşı stimulyatorudur.

Yeri gəlmişkən Bexterevin özü 70 yaşında zəhərlənmə nəticəsində (bəzi məlumatlara görə onu qəsdən zəhərləyiblər) vəfat edib və son gününə qədər aktiv elmi fəaliyətlə məşğul olur, araşdırmalar aparırdı.