Pakistanda QİÇS dəhşəti - Həkim 90 nəfəri xəstəliyə yoluxdurdu

 23:14 03.05.2019     702

Pakistanda 90 nəfəri QİÇS virusuna yoluxduran həkim həbs edilib.

Redaktor.az AFP agentliyinə istinadən xəbər verir ki, həkim viruslu şprislər vasitəsilə xəstələrini qəsdən bu xəstəliyə yoluxdurub. Xəstəliyə yoluxdurulan 90 nəfərdən 65-nin uşaq olduğu deyilir.

Qeyd edək ki, adı açıqlanmayan həkimin özünün də QİÇS daşıyıcısı olduğu vurğulanır.

Rüfət Xəlil / REDAKTOR.AZ