Toyuq ətini yumayın, mikrob yayırsınız! - XƏBƏRDARLIQ

 01:31 05.05.2019     818

Toyuq ətini çiy halda yumaq olmaz.
Redaktor.az
medicina.az-a istinadən bildirir ki, bu barədə amerikalı mütəxəssislər araşdırma aparıb.
 
Bildirilir ki, toyuq ətini yumaqla mikrobların yayılmasına şərait yaranır.
Əksəriyyətimiz toyuğu qablaşdırmadan açandan sonra yuyuruq. Daha sonra isə bişiririk. Lakin son araşdırma bunun nə qədər ziyanlı olduğunu sübut edib. Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.
 
Mütəxəsislərin fikrinə görə, toyuqları yuyaraq mikrobları öldürmək mümkün deyil. Üstəlik, bu, digər quşçuluq məhsullarına, o cümlədən yumurtaya da aiddir. Toyuqda olan bakteriyalar su ilə ötürlə bilər. Onlar da sinir hüceyrələrinin zədələnməsinə səbəb olur. Evdə toyuğu suyun altında yuduğumuz zaman su ilə bərabər ətrafa təhlükəli mikroblar sıçrayır. Tək çarə toyuq ətini yaxşı və düzgün formada bişirməkdir.