Bu yağ xəstəliklərin qarşısını alır

 12:49 05.05.2019     2045

Təbii yağ arıqlamağa kömək edir.

Redaktor.az-ın məlumatına görə, bu barədə Türkiyəli kardioloq və professor Canan Karatay bildirib. Professor yeməklərdə təbii yağa üstünlük verilməsinin vacib olduğunu qeyd edib:

"Uşaqlar və hamilə qadınlar təbii yağdan rahatlıqla istifadə edə bilər. Təbii yağ ürək infarktının, xərçəngin qarşısını alır. Bədənin gümrah qalmasını təmin edir. Yağ yemək oynaqların sürtünməsini yaxşılaşdırır. Bu yağ olmadıqca, vücud paslanmış kimi olar. Adətən insanlar artıq çəki yığacaqlarından ehtiyat edərək, təbii yağdan istifadə etmurlər. Lakin bu, yanlış fikirdir. Təbii yağ artıq çəki yığmır, əksinə, arıqlamağa kömək edir. Həmçinin qaraciyərin yağını təzələyir".

Professor onu da qeyd edib ki, uzunömürlü olmaq istəyənlər quyruq yağını əridib, içə bilərlər.

Gülşən Şərif/ REDAKTOR.AZ