Valideynlər MÜTLƏQ OXUSUN! - Uşaqlarda bu xəstəliklər yarana bilər

 14:00 11.05.2019     1033

Yazın gəlişi insan orqanizminə təsirsiz ötüşmür. 

Hava dəyişikliyi xüsusən də uşaqlar arasında bir sıra xəstəliklərin yayılmasına səbəb olur.

"Yaz-yay aylarında uşaqlar arasında dəri-zöhrəvi xəstəliklərinə daha çox təsadüf olunur:

Bunu Redaktor.az-a açıqlamasında Pediatr Kənan Qarayev bildirib. Onun sözlərinə görə, uşaqlarda ən çox rast gəlinən problemlər vitamin çatışmazlığı və allergik xəstəliklərdir:

"Bundan başqa, valideynlər qızılca, su çiçəyi, məxmərək xəstəlikləri ilə bağlı müraciət edirlər. Yaya doğru getdikcə ishal və mədə-bağırsaq xəstəlikləri daha çox müşahidə olunur. Çünki yay aylarında virus və bakterial proseslər daha çox sürətlənir. Xəstəliyə yoluxan uşaqlar arasında konkret yaş məhdudiyyəti yoxdur”.

Pediatr qeyd edib ki, xəstəliklərin qarşısını almaq üçün gigiyenik qaydalara əməl etmək məsləhətdir:

“Meyvə və tərəvəzlərin təmizliyinə riayət etmək və keyfiyyətli qidalardan istifadə etmək lazımdır. Valideynlər uşağa  düzgün qulluq etməlidir. Çünki düzgün qulluq edilməməsi uşaqlarda mədə-bağırsaq və digər xəstəliklərin yaranmasına səbəb ola bilər”.

Gülşən Şərif / Redaktor.az