Yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan içsəniz… - Soğan suyu nələrə qadirdir?

 04:15 13.05.2019     2549

Soğan mətbəximizin vazkeçilməz tərəvəzlərindəndir.

Demək olar ki, əksər yeməyin hazırlanmasında, bəzi salatlarda soğandan istifadə olunur. Soğan dadlı olmaqla yanaşı, həm də çox faydalıdır. Tərkibində B, C və A vitamini, yod, silis, fosfor, kükürd kimi maddələr, antibiotik funksiyası yerinə yetirən tərkiblər və həzmi rahatlaşdıran fermentlər var. Soğan yeyilən ölkələrdə xərçəng riskinin az olduğu təsbit edilib.Bəs soğan suyunun sağlamlıq baxımından nə qədər faydalı olduğunu bilirdinizmi? Bu dəfə sizə soğan suyunun xeyirli tərəflərini sadalayacağıq.

Redaktor.az e-tibb.az-a istinadən bildirir ki, ilk növbədə, onu qeyd edək ki, soğan suyu arıqlamaq üçün ən təsirli qarışımlardan biridir. O, metabolizmi sürətləndirərək, bədəndə yaranan yağlanmanı azaldır və arıqlamağa kömək edir. Ondan pəhriz və məşq proqramlarında çox istifadə edilir.

Soğan suyu içmək mioma, polikistoz yumurtalıq sindromu, xoşxassəli prostat böyüməsi, tük çevrilməsi, hamilə qalma, menopauza kimi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilən xalq təbabəti üsullarından biridir. 
Faydaları:

- Həzmi tənzimləyir
- Dəridə çıxan sızanaqlara müalicəvi təsiri var
- İmmun sistemini gücləndirir
- Bədəndəki yağlanmanı azaldır, arıqlamağa kömək edir
- Stress yox edən, bəlğəm dağıdıcı keyfiyyəti var

- Tərkibindəki sulfoid sayəsində antibiotik xüsusiyyəti var

- Qadınlarda endometrioz və miomanın yaranmasına qarşı müalicəvi təsiri var
- Yumurtalıqda polikistoz sindromunun müalicəsində faydalıdır
- Menstruasiya pozğunluğunu qaydaya salır
- Menopauza şikayətlərini azaldır
- Vaginal axıntıları azaldır

- Tük qatlanmalarında faydalıdır
- Hamilə qalmaq istəyənlərə köməyi olur (yumurtalıqda folikulu yetişdirir)
- Prostat iltihablarını azaldır
- Sinusit probleminin qarşısını alır
- Cinsi problemlərin ən mükəmməl həllidir