Ən azı 10 yaş gəncləşdirən möcüzəvi maska

 17:59 12.05.2019     898

Bu gün dərini gəncləşdirən kremlər almaq qədər asan heç nə yoxdur. Amma o kremlərin tərkibi haqda məlumatsızıq.

Redaktor.az-ın Publika.az-a istinadən təqdim etdiyi resept həm ucuz, faydalı həm də təbii tərkiblidir.

Dərinizi ən az 10 il gəncləşdirən krem-maskanı evdə hazırlamaq üçün sizə lazım olacaq ərzaqlar:

Təzə bananın yarısı

1 çay qaşığı üyüdülmüş zəncəfil (şirəsi də olar)

2 çay qaşığı zeytun yağı (digər kosmetik yağlar da olar)

1 yumurtanın çalınmış ağı

Öncə bananı çəngəllə əzin. Üzərinə zəncəfil və yağ əlavə edin. Yumurtanın çalınmış ağını da əlavə edib qarışım hazırlayın. Maskanı bir neçə dəfə üzünüzə dekolte və çiyin hissənizə sürtüb qurumasını gözləyin. Sonra üstündən bir qat da çəkin. Qarışım bitənədək prosesi davam etdirin. Dəriniz tam quruyandan sonra öncə ilıq, sonra soyuq su ilə yuyub qurulayın. Qidalandırıcı krem çəkin.

Ən azı 10 yaş gəncləşəcəyinizə əmin ola bilərsiniz.