Diş plomblatmaqdan canınızı qurtaracaq - DƏRMAN

 19:53 12.05.2019     441

Şimali İrlandiyanın Belfast Queens universitetində maraqlı araşdırma aparılıb.

Redaktor.az medicina.az-a istinadən bildirir ki, hər zaman istifadə edilən məşhur bir həbin zəif miqdarının dişlərin yenilənməsində və çürük dişlərin müalicəsində faydalı olduğu açıqlanıb.

Məlum olduğu kimi, diş sinirlərinin çirk etməsi və diş ağrısına səbəb olan çürüklər adətən plomb texnologiyası ilə müalicə edilir. Müəyyən müddətdən sonra isə bu prosesi yeniləmək lazım gəlir. Araşdırmalara görə isə aspirin diş kök hüceyrələrinin fəaliyyətini artırır və zədələnmiş dişlərin özünü yeniləməsini təmin edir.
 
Ancaq hər dərmanın əks göstərişi olduğu üçün evdə aspirindən nəzarətsiz şəkildə istifadə etmək tövsiyə olunmur.