Orucluq zamanı bədəninizdə nə baş verir?

 13:41 22.05.2019     1182

Oruc tutan şəxslərin orqanizmində bir sıra dəyişikliklər baş verir.

Redaktor.az-ın məlumatına görə, bu təsirlər mərhələli şəkildə baş verir: 

Orucluğun ilk günləri ağır keçir

Bu günlərdə bədən aclığa öyrəşməyə başlayır. Oruc vaxtı başağrısı, başgicəllənməsi, ağızdan pis iy gəlməyə başlayırsa, bu, aclıq səviyyəsinin  ən yüksək dərəcəyə qalxdığını göstərir. Bədəndə piyin yandırılması prosesi çəkinin azalmasına gətirib çıxarır, xolesterolun səviyyəsi və diabet riski azalır.

Orucluğun 3-7-ci günləri maye daha çox qəbul edin

Orucluq müddətində çoxlu su içmək məqsədəuyğundur. Əks halda tərləmə nəticəsində suyun itirilməsi susuzluğa səbəb olur.

Bədən 8-15-ci günlərdə orucluğa öyrəşir

Bədənin orucluğa öyrəşməsi əhval-ruhiyyənin yaxşılaşmasına və digər müsbət cəhətlərin yaranmasına səbəb olur. Orucluq orqanizmin özünübərpasını asanlaşdırmağa  və infeksiyalarla mübarizə qabiliyyətinin güclənməsinə yol açır.

Orucluğun 16-30-cu günləri isə bərpa dövrüdür

Bu dövrdə bağırsaq, ciyər, böyrəklər bərpa dövründən keçir. Yaddaş və diqqət yaxşılaşır, insan özünü daha enerjili hiss etməyə başlayır.

Gülşən Şərif / Redaktor.az