Rusiyada dəhşətli virus yayıldı

 23:34 03.06.2019     724

Rusiyanın Saratov vilayətində yaz mövsümü başlayandan 500-dən çox şəxs böyrək sindromlu, qanaxmalı qızdırma virusuna yoluxub.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki,  bugünədək onlardan 333 nəfəri xəstəxanalarda müalicə olunmaqda davam edir.

Bir müddət əvvəl vilayət rəhbərliyi uşaqların yay düşərgələrinə getməsini qadağan etmişdi.

Hazırda virusun yayılma mənbəyi ilə bağlı araşdırmalar aparılır.

 

Qeyd edək ki, böyrək sindromlu, qanaxmalı qızdırma böyrəklərin zədələnməsi ilə müşayiət olunan kəskin virus xəstəliyidir.

Vumart və Güvən reklamı Vumart Güvən